Gəlinini güllələdi, özü isə... - Dəhşət
Gəlinini güllələdi, özü isə... - Dəhşət
19 Avqust 2019 12:07 DünyaPolis hadisə ilə bağlı istintaqa başlayıb
Türkiyədə qayınata gəlinini öldürdükdən sonra intihara cəhd edib.
Olaylar.az aznews.az-a istinadən xəbər verir ki, hadisə Kütahyanın Simav ilçəsində baş verib.
Qayınata ilə eyni evdə yaşadığı 15 illik gəlini Burcu naməlum səbəbdən mübahisə edib. Əsəbiləşən qayınata sənədsiz silahı ilə 3 uşağı olan gəlininə atəş açıb.
Qadın hadisə yerində dünyasını dəyişib. Qayınata isə eyni silahı başına doğruldaraq özünü vurub.
Silah səslərini eşidən qonşular təcili yardım və polis çağırıblar. Qayınatanın vəziyyətinin ağır olduğu deyilir.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31