"James Bond"un avtomobili 6,4 milyon dollara satılıb - FOTO

"James Bond"un avtomobili 6,4 milyon dollara satılıb - FOTO

1964-cü ildə çəkilən "James Bond" filmi üçün hazırlanan Aston Martin avtomobili 6,4 milyon dollara satılıb.
Olaylar.az xəbər verir ki, 1963-cü il istehsalı olan avtomobilin banı güllə keçirməyən metalla təchiz edilib. Həmçinin Aston Martin fırlanaraq dəyişilən nömrə yerinə, katapilot və duman yayma mexanizmasına sahibdir. Avtomobil hazırda  ən bahalı Aston Martin DB5 olaraq bilinir.
Qeyd edək ki, bəhs edilən avtomobil bir vaxtlar ingilis milyarder Lord Bamford tərəfindən satın alınmışdı.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31