Hindistanda avtobus qəzası: 11 ölü, 12 yaralı

Hindistanda avtobus qəzası: 11 ölü, 12 yaralı

Hindistanda avtobusun qəzaya uğraması nəticəsində ən azı 11 nəfər ölüb.

Hadisə Maxaraştra ştatında baş verib. Qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Avtobus Aurangabad şəhərindən Şəhada kəndinə gedirdi. Yolda avtobus yük maşını ilə toqquşub. Hadisə zamanı hər iki sürücü ölüb.

Yaralılar xəstəxanaya aparılıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31