Pakistanda məscidi partlatdılar – Ölənlər var

Pakistanda məscidi partlatdılar – Ölənlər var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki məscidlərin birində partlayış törədilib.

Olaylar.az  xəbər verir ki, partlayış nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlar xəstəxanalara çatdırılıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın törədildiyi ərazi nəzarətə götürülüb. Polis cinayətkarların axtarışını davam etdirir.

Qeyd edək ki, hələ ki heç bir qruplaşma terror hadisəsini üzərinə götürməyib.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31