Sabiq prezidentin kürəkəni inqilabdan danışdı: İLK DƏFƏ
Sabiq prezidentin kürəkəni inqilabdan danışdı: İLK DƏFƏ
16 Avqust 2019 17:21 DünyaSabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikan və Portuqaliyadakı sabiq səfiri Mikayıl Minasyan ilk dəfə 2018-ci il hadisələri ilə bağlı fikirlərini bildirib.
Olaylar.az xəbər verir ki, o, 2018-ci ilin mart-aprel hadisələrini inqilab kimi dəyərləndirməyib: "Bu, sadəcə hakimiyyət dəyişikliyi idi, "məxməri inqilab" deyildi".
Facebook səhifəsində fikirlərini ilk dəfə açıqlayan sabiq səfir bildirib ki, o, məsələyə məhz dostlarının inadlı təkidlərindən sonra fikir bildirməyi münasib hesab edib: "Doslarım məni tez-tez susmaqda ittiham edirdilər. Mənim qısa cavabım belədir ki, o zaman inqilab hazırlığı vardı, ancaq onun yerinə hakimiyyət dəyişikliyi baş verdi. İndi isə ən qorxulusu baş verə bilər- böyük xəyal qırılığı. Bu isə olduqca pis nəticələrə gətirib çıxara bilər".
cebhe.info