Uşaq bezlərində gizlədilmiş 20 min avro aşkarlandı
Uşaq bezlərində gizlədilmiş 20 min avro aşkarlandı
16 Avqust 2019 16:47 DünyaAlmaniyada gömrük əməkdaşları sərhəddən iki ədəd uşaq bezində 20 min avro keçirmək istəyən sərnişini saxlayıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Milandan gələn 32 yaşlı kişi Ştutqard hava limanında ələ keçib. Ona üzərində böyük məbləğdə pulun olub-olmaması haqda sual ünvanlandıqda, o, "yox" cavabını verib. Lakin daha sonra o, pul qabısında 8 min avroya yaxın pul olduğunu etiraf edib. Bir qədər sonra gömrük əməkdaşları onun baqajında iki uşaq bezinin içində 20 min avro aşkarlayıb.
Kişi pulları Almaniyada yaşayan bir neçə nəfər üçün apardığını sübuta yetirə bilib. Fakt üzrə cinayət işi açılmasa da, əcnəbi cərimə ödəməli olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31