İki ölkə İrana qarşı gizli toplantı keçirdi – Təfərrüat

İki ölkə İrana qarşı gizli toplantı keçirdi – Təfərrüat

"Wall Street Journal" qəzeti İsrail və Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı gizli görüş keçirdikləri barədə məlumat yayıb.

Olaylar.az xəbər verir ki, nəşr ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun təşkilatçılığı ilə iki gizli görüşün keçirildiyini iddia edib.

Məlumata görə, görüşün birincisi yazda, ikincisi isə bu yaxınlarda baş tutub.

Amerikalı rəsmilər İsrail və BƏƏ arasındakı görüşlərin İranla əlaqələrdə diplomatik, hərbi və kəşfiyyat sahəsində işbirliyi artırmaq məqsədi daşıdığını söyləyib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31