Putin Avrasiya İttifaqının kuratorunu istefaya göndərir
Putin Avrasiya İttifaqının kuratorunu istefaya göndərir
16 Avqust 2019 16:14 DünyaRusiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Qlazev istefaya gedir.
Olaylar.az xəbər verir ki, bu məlumatı "İzvestiya" qəzeti özünün mənbələrinə istinadən yayıb. Məlumata görə, Qlazev Avrasiya İqtisadi Komissiyasında (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri vəzifəsini tutacaq. Hazırda AİK-də inteqrasiya və makroiqtisadiyyat naziri olan Tatyana Valovanın öz növbəsində BMT-nin Cenevrə ofisinə rəhbərlik edəcəyi vurğulanıb. Qlazevin bu vəzifəyə 1 oktyabrda təyin ediləcəyi bildirilib.
Qəzetin başqa bir mənbəsi isə Qlazevin adıçəkilən vəzifəyə təyinatının məntiqli olduğunu bildirib. Belə ki, mənbə onun hazırda Kremldə vahid Avrasiya İttifaqı iqtisadi məkanının formalaşdırılmasına görə məsuliyyət daşıdığını deyib.
axar.az