Nobel mükafatı almış alim vəfat etdi
Nobel mükafatı almış alim vəfat etdi
16 Avqust 2019 14:40 DünyaDNT analizi üçün sadə və ucuz bir metodu kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatını almış amerikalı biokimyaçı Keri Müllis həyatının 75-ci ilində vəfat edib.
Olaylar.az xəbər verir ki, alim Kaliforniya ştatının Nyu-Biç şəhərindəki evində ölüb.
Müllisin ölümünə səbəb pnevmoniyadan sonra yaranan ürək və tənəffüs çatışmazlığı olub.
Keri Müllis 1993-cü ildə Nobel mükafatına layiq görülüb. O, qeyri-adi dünyagörüşü və həyat tərzi ilə məşhur idi.
Nobelə layiq görülən dissertasiyasını müdafiə etdikdən sonra bir müddət elmdən ayrılmışdı.
Biokimyaçı 1998-ci ildə nəşr olunan "Ağıl sahəsindəki çılpaq rəqs" kitabında QİÇS və HİV arasındakı əlaqəni inkar etdi.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31