BMT: Dünyada 150 milyon uşaq kölə kimi işlədilir
BMT: Dünyada 150 milyon uşaq kölə kimi işlədilir
16 Avqust 2019 14:11 DünyaDünyada, demək olar ki, hər 10 uşaqdan biri kölə vəziyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Köləliyin müasir formaları məsələləri üzrə xüsusi məruzəçisi Urmila Bhoolanın hesabatında deyilir.
"Uşaq əməyindən istifadənin icazə verilmiş halları istisna olmaqla bütün dünyada 152 milyon uşaq (64 milyon qız və 88 milyon oğlan) məcburi əməyə vadar edilir.
Xüsusilə az inkişaf etmiş ölkələrdə 5 yaşından 17 yaşa qədər olan hər 4 uşaqdan biri sağlamlıq və inkişaf üçün zərərli sayılan yerlərdə işlədilirlər",-deyə sənəddə qeyd olunur.
Araşdırmada az gəlirli ölkələrdən başqa digər bölgələrin də bu məsələdə təşvişdoğrucu göstəricilərə malik olduğu vurğulanıb. 2016-cı ilə olan məlumatlara əsasən Afrika artıq Asiya-Sakit oken bölgəsini keçərək uşaq əməyinin istismar edilməsi üzrə ən ağır qitəyə çevrilib.
Araşdırmaçılar istismara uşaqlardan narkotik ticarətdən istifadə olunmasından tutmuş, onların erkən çağlarda zorla nikaha məcbur edilməsinədək bütün faktları daxil ediblər. "İstismarçılar narkotik ticarətində uşaqları özlərindən asılı vəziyyətə salmaq üçün onları həmin maddədən asılılğa öyrədirlər",-deyə hesabatda belə bir fakta diqqət çəkilib.
Xüsusi məruzəçi Urmila Bhoola "erkən nikahlar", "istismar" və "quldarlıq" anlayışları arasında sıx bağlantı qurub. O, uşaq nikahları üçün onların zorla ev təsərrüfatına, seksual quldarlığa cəlb edilməsi kim halların xarakterik olduğunu qeyd edib.
BMT məruzəçisi əllərindəki məlumatlar əsasında hazırda 5 679 000 uşağın zorla nikah altında tutulduğunu bildirib.
Musavat.com