2500-dən çox “qaçqın ailəsinə” mənzil veriləcək: İrəvandan hiyləgər gediş!

2500-dən çox “qaçqın ailəsinə” mənzil veriləcək: İrəvandan hiyləgər gediş!

Ermənistanın İdarəetmə və İnfrastruktur Nazirliyi İrəvanda yaşayan və Azərbaycandan "digərdin salınan"ailələrin mənzillə təmin ediləcəyi ilə bağlı bəyanat verib.

Bəyanatda problemin mərhələli şəkildə həll ediləcəyi,ilk növbədə 108 ailənin mənzillə təmin olunacağı vurğulanıb. Bəyanatda vurğulanır ki, rəsmi Bakının "zorakılıq siyasəti" səbəbi ilə Azərbaycandan "didərgin salınan" erməni ailələrinin sayı 2589-dur və onların 1070-i İrəvanda məskunlaşıb.

Məlumat üçün qeyd edək ki, Ermənistanda "qaçqın düşərgələri", yaxud "qaçqın şəhərciyi" salmaq ideyası rəsmi İrəvanın son bir ildə dəfələrlə gündəmə gətirdiyi hiyləgər ideyadır. Görünənodur ki, İrəvan Ermənistanda bu cür yataqxanalar yaratmaq, "qaçqın problemini"gündəmə gətirməklə Azərbaycana beynəlxalq miqyasda basqı göstərməyə, Azərbaycanda olduğu kimi guya Ermənistanda da Qarabağ problemi səbəbi ilə "qaçqın ordusu"yarandığı imitasiyasını yaratmağa çalışır. Ermənistanın əslində mövcud olmayan "qaçqın ailələrinə" görə beynəlxalq təşkilatlardan maliyyə yardımı alacağı da istisna edilmir.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31