Prezident təklif etdi: "Paytaxt köçürülsün"

Prezident təklif etdi: "Paytaxt köçürülsün"

Avqustun 16-da İndoneziya Prezidenti Coko Vidodo parlamentdə çıxışı zamanı paytaxtın Cakartadan Kalimantan (Borneo) adasına köçürülməsini rəsmi şəkildə təklif edib.Olaylar.az  xəbər verir ki, bu barədə o, İndoneziya Respublikasının müstəqilliyinin 74-cü ildönümünə həsr olunan təntənəli nitqi zamanı bəyan edib. Prezident tədbir iştirakçılarını əmin edib ki, yeni paytaxt nəinki milli ənənələri, eyni zamanda, iqtisadi bərabərliyə və ədalətə can atan İndoneziya xalqının tərəqqisini əks etdirəcək. Bununla yanaşı, İndoneziya lideri hələlik hansı şəhərin ölkənin yeni paytaxtı olacağını açıqlamayıb.

İndoneziya hökuməti avqustun 2-də respublikanın paytaxtının Cakartadan Kalimantan adasına köçürülməsi planını təsdiq edib. Bu barədə C.Vidodo ilk dəfə cari ilin aprelində təklif vermişdi. Hökumət paytaxtın köçürülməsinin təqribən 32,5 milyard dollara başa gələcəyini planlaşdırır. Tikinti işlərinin 2021-ci ildə başlanacağı nəzərdə tutulur.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31