Arvadı evə qayıtmadı: qəzəbli ər bir ailəni öldürdü

Arvadı evə qayıtmadı: qəzəbli ər bir ailəni öldürdü

Türkiyənin Isparta şəhərində Bayram D. adlı bir kişi, mübahisə zəminində arvadı Asiye Aydoğmuş, qaynatası Orhan Aydoğmuş və onları ayırmağa çalışan qohumları Ayşe Adıgüzeli tapança ilə öldürüb.

Hadisə yerindən qaçan şübhəli polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, cütlük 2013-cü ildən ailəli idilər. Aralarında son zamanlar baş verən davalardan sonra Asiye Aydoğmuş ata evinə köçüb orada yaşayırdı. Bayram D. israrına baxmayaraq evə qayıtmayan Asiye Aydoğmuş ilə görüşmək üçün qaynatasıgilə gedib.

Qanlı olay da Asiyenin evə qayıtmaması səbəbindən baş verən mübahisə zəminində qeydə alınıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31