Həbsxanada yanğın: 3 nəfər öldü

Həbsxanada yanğın: 3 nəfər öldü

Meksikanın paytaxtı Mexikodakı həbsxanalardan birində baş verən yanğın nəticəsində üç nəfər ölüb, 7 nəfər isə dəm qazından zəhərlənib.

Olaylar.az  xəbər verir ki, yanğın səhər saatlarında baş verib, nəticədə həbsxana kameralarından biri yanıb.

Faciənin mümkün səbəbləri arasında məhkumlar arasında yaranan mübahisə, həmçinin naqillərdəki problemlər göstərilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31