Milyarderlər üçün ağır gün: 18 milyard itirildi
Milyarderlər üçün ağır gün: 18 milyard itirildi
16 Avqust 2019 11:57 DünyaÇərşənbə günü dünyanın 9 ən zəngin biznesmeni ümumilikdə 18 milyard dollar itirib.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Forbes" jurnalı yayıb. Məlumata görə, buna səbəb ABŞ-ın fond indekslərinin düşməsi olub.
Biznesmenlər arasında ən çox itkiyə "Amazon"un rəhbəri Cef Bezos məruz qalıb. O bir günə 3,5 milyard dollar vəsait itirib. Növbəti yerlərdə Feysbukun sahibi Mark Zukerberq (3,2 milyard), LVMH-in rəhbəri Bernar Arno (3 milyard) qərarlaşıb.
İlk onluqda olan milyarderlər arasında yeganə itkiyə məruz qalmayan iş adamı Maykl Blumberq olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31