ABŞ-ın kəşfiyyat təyyarəsi Kalininqrad səmasında - Rusiya
ABŞ-ın kəşfiyyat təyyarəsi Kalininqrad səmasında - Rusiya
16 Avqust 2019 11:48 DünyaABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın Kalininqrad vilayətinin sərhədi boyu kəşfiyyat uçuşu həyata keçirib.
Olaylar.az xəbər verir ki, RC-135V 64-14846 bort nömrəli Boeng RC-135V təyyarəsi Britaniyanın Mildenxoll avibazasından havaya qalıb.
Təyyarə Baltik dənizi üzərində, Polşa və Litva ərazisində müşahidə aparıb.
Son zamanlar ABŞ-ın Rusiya ərazisində pilotsuz və pilotlu kəşfiyyatçı təyyarələrinin uçuşları qeydə alınır.
Rusiya Müdafiə Nazirliyinin çağırışlarına baxmayaraq Pentaqon kəşfiyyat uçuşlarını dayandırmaq istəmir.

teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31