15 yaşlı qızı və anasını zorlayan kişi edam olundu - "Tanrı insanı yaratdı, İsa ağladı"

15 yaşlı qızı və anasını zorlayan kişi edam olundu - "Tanrı insanı yaratdı, İsa ağladı"

2 qadını zorlayıb öldürən qatil edam olunub.

Olaylar.az  xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Neşvil şəhərində 56 yaşlı məhkum edam edilib.

Ölüm hökmü ilə cəzalandırılmış məhkum Stephen Michael West bədəninə elektrik verilməsi nəticəsində dünyasını dəyişib.

O, ölümündən əvvəl steyk və frençfrayz sifariş verib. Stefenə son sözlərini söyləmək üçün vaxt verilib.

"Tanrı insanı yaratdı, İsa ağladı. Bu qədər", - deyə o gileylənib. Stefen axşam vaxtı ilə saat 7.27-də edam edilib.

Ölüm hökmünə narazılıq bildirən şəxslər həmin vaxt həbsxananın qarşısına yığışaraq etiraz ediblər. Onlar edamdan sonra 1 dəqiqəlik sükut ediblər.

Qeyd edək ki, Stephen Michael 1986-cı ildə 51 yaşlı qadını və onun 15 yaşlı qızını zorladıqdan sonra bıçaqlayaraq öldürüb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31