Dünyanın ən böyük silah alverçisi tutuldu

Dünyanın ən böyük silah alverçisi tutuldu

Belçikalı silah alverçisi Jak Mesye Portuqaliyada saxlanılıb.

Məlumata görə, Belçika federal polisi bildirib ki, Jak Mesye Portuqaliyanın Evora şəhərində ələ keçib.

Brüsselin Apellyasiya Məhkəməsi ötən ilin oktyabrında həmin şəxsə qanunsuz silah ticarəti və cinayətkar qrupda iştirakına görə dörd il iş kəsmişdi.

Bununla yanaşı, o, 1,2 milyon avro məbləğində cərimə olunmuşdu.

Mesye 2010-cu ildə isə ABŞ döyüş təyyarəsinin hissələrini İraqa keçirməyə çalışdığına görə 23 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31