Rusiyaya bu məhsulların satışı qadağan edildi
Rusiyaya bu məhsulların satışı qadağan edildi
16 Avqust 2019 11:19 DünyaBöyük Britaniya Rusiyaya sualtı aparatların, eləcə də bu qurğuların proqram təminatının tədarükünə qadağa qoyub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Britaniyanın Beynəlxalq Ticarət Məsələləri Departamentinin saytında yer alıb. Qadağaya əsas səbəb Rusiyanın Britaniyanın sualtı kommunikasiya sistemlərinin fəaliyyətlərini pozmağa çalışması göstərilib. London bu fəaliyyətləri özünün milli təhlükəsizliyinə təhdid adlandırıb və yeni sanksiyaları bu riskləri minimallaşdırmaq üçün tətbiq etdiyini bəyan edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31