Paşinyan 2 müşavirini işdən qovdu
Paşinyan 2 müşavirini işdən qovdu
15 Avqust 2019 16:40 DünyaErmənistan Baş naziri Nikol Paşinyan baş müşaviri Arsen Qasparyan, baş müşaviri Aram Qəribyan və köməkçisi Mqer Saakyanı vəzifəsindən azad edib.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan" yayıb. Hələlik Paşinyanın köməkçilərini qovmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Arsen Qasparyan bundan öncə dəfələrlə Rusiya mətbuatının təzyiqlərinə məruz qalıb. Mətbuat Qasparyanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə ittiham edib.
Qəribyan bundan öncə 7 il müddətində Serj Sərkisyanın baş müşaviri kimi çalışıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31