Manyak milyarderin evindən Bill Klintonun qadın geyimində şəkilləri tapılıb - FOTOLAR

Manyak milyarderin evindən Bill Klintonun qadın geyimində şəkilləri tapılıb - FOTOLAR

Yetkinlik yaşına çatmayan qız uşaqlarına yönəlmiş cinsi istismar və insan alveri şəbəkəsi yaratmaq kimi ittihamlarla həbs olunan, daha sonra intihar etdiyi açıqlanan amerikalı məşhur iş adamı Cefri Edvard Epsteynlə bağlı yeni bir qalmaqal ortaya çıxıb. 

Həbsdə intihar edən Epsteynin villasında sabiq ABŞ presidenti Blii Klintonun qadın geyimləri ilə çəkilmiş şəkli tapılıb. 

Levinskinin paltarı 

Bill Klintonun oval ofisdəki masada uzandığı, qırmızı dikdabanlı ayaqqabı geyindiyi və Monika Levinskinin mavi geyimi ilə poza verdiyi şəkil ABŞ-da ciddi ajiotaja səbəb olub. 

ABŞ mediasında yer alan xəbərlərə görə, Nyu Yorkda Manhetten Metropolitan Mərkəzi Həbsxanasında həbsdə olan Epsteyn səhərin erkən saatlarda nəzarətə gələn işçilər tərəfindən kamerasında ölü tapılmışdı. ABŞ mediasında yer alan xəbərlərə görə, Cefri Epsteynin intihar etdiyi ilə bağlı məlumat verilib.

Epsteyn bir neçə həftə öncə də kamerasında nəzarətçilər tərəfindən özündən getmiş halda tapılmış, boynunda görülən göyərtilərə görə intihar təşəbbüsü və ya digər məhkumların hücumuna məruz qaldığı iddiası gündəmə gəlmişdi. 

66 yaşındakı Cefri Epsteyn ən balacası 14 yaşında olmaq üzrə 18 yaşdan kiçik onlarla qız uşağını cinsi istismara məruz qoyub və o, insan alveri şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuşdu. 

Epsteyn ilə anlaşma imzalayan, həmin dövrün Mayami baş prokuroru Aleks Akosta isə milyarderlərə yönəlmiş eyni ittihamların təkrarən gündəmə gəlməsinin və tənqidlərin ardınca Trampın hökumətindəki əmək naziri keçən ay öz vəzifəsindən istefa etmişdi. 

Milyarder Cefri Epsteynin yaxın dostları arasında ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton kimi nüfuzlu siyasətçilərin olması da ciddi müzakirə mövzusudur. 

musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31