Şar əlində partladı - 4 yaşlı uşaq öldü
Şar əlində partladı - 4 yaşlı bu uşaq öldü
15 Avqust 2019 16:09 DünyaPartlayan şar parçası 4 yaşlı uşağın nəfəs borusunda qalıb.
Olaylar.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yağız Şeyoğlu adlı uşaq şar üfürən zaman əlində partlayıb. Həmin vaxt şarın qalığı onun tənəffüs yollarında qalıb. Nəfəs almaqda çətinlik çəkən azyaşlı xəstəxanaya aparılıb. Tənəffüs borusundan şarın qalığı çıxarılan 4 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi Ərzurum Regional Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31