Təyyarə yandı - Aeroport işini dayandırdı

Təyyarə yandı - Aeroport işini dayandırdı

İrlandiyanın Şennon hava limanında "Omni Air International" aviaşirkətinə məxsus "Boeing 767" təyyarəsində yanğın baş verib.

Təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib.

Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Təyyarənin uçuş-eniş zolağından çıxarılması ilə əlaqədar hava limanının işi dayandırılıb.

trend.az

İranda TƏYYARƏ QƏZASI - Ölənlər var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31