Bu ölkədə iş saatlarını işçilər özləri müəyyən edəcəklər
Bu ölkədə iş saatlarını işçilər özləri müəyyən edəcəklər
15 Avqust 2019 14:49 DünyaFinlandiyada işçilər iş saatlarını artıq özləri seçəcəklər. Yeni qaydalar gələn ildən qüvvəyə minəcək. Yeni iş saatı qanunu ilə işləyənlər həftəlik 40 saatlıq iş rejimlərini ən azı yarısını harada və nə zaman istifadə edə biləcəklərini müəyyən etmək şansına sahib olacaqlar.
Bundan başqa işçilər ailə ilə daha çox zaman keçirə, idman zalına gedə, tətil müddətlərini uzada biləcəklər. Tək şərt öz öhdəliklərini axsatmamaq, ondan asılı olan işi görməkdir.
Araşdırmalar elastik iş saatının məhsuldarlığı daha da artırdığını müəyyən ediblər. Hələ bir neçə il öncə ölkədə keçirilən sorğuda 10 findən 9-u iş qrafikinin elastik olmasını arzu etdiyini demişdi.
Qeyd edək ki, Avstraliya da işçilərin iş saatlarını və işləmək şərtlərini özlərinin seçməsinə imkan verən qanun var.
ISTİPRESS.COM