Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"
Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"
15 Avqust 2019 14:45 DünyaÇinin cənub-qərbində torpaq sürüşməsi baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, təbbi fəlakət nəticəsində 6 nəfər torpaq altında qalaraq ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, 70 min kub metrlik dağ massivi yaxınlıqdakı iki yaşayış evinin üstünə dağılıb. Ərazidə növbəti sürüşmələrin olması istisna edilmir.
Hazırda xilasedicilər tərəfindən ərazidə itkin düşmüş şəxsin axtarışları aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31