İran tankerinin kapitanı sərbəst buraxıldı
İran tankerinin kapitanı sərbəst buraxıldı
15 Avqust 2019 14:38 DünyaBöyük Britaniya hərbçiləri iyulun 4-də Cəbəllütariq boğazında saxlanılan İran tankerinin kapitanını sərbəst buraxılıb.
Olaylar.az xəbər verir ki, Cəbəllütariq "Grace-1" tankerinin kapitanı ilə yanaşı 3 nəfəri də azad edib.
Suriyaya tətbiq edilən embarqoya rəğmən İranın "Grace-1" tankeri neft daşıdığı üçün müsadirə olunmuşdu. Cəbəllütariq rəsmiləri Suriyaya xam neft ixracının Avropa İttifaqının sanksiyalarına zidd olduğunu açıqlamışdı.
Xatırladaq ki, iyulun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlamışdı.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31