Tramp və Zelenski görüşəcəklər

Tramp və Zelenski görüşəcəklər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.

Olaylar.az  xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Uilyam Teylor məlumat verib.

Səfirin sözlərinə görə, önümüzdəki həftə iki ölkə başçısı eyni şəhərdə, Varşavada və Nyu-Yorkda olacaqlar:  "Bu səfər liderlər arasında görüş üçün bir fürsətdir. Onlar qısa görüş keçirəcək və bir-iki aydan sonra isə Ukrayna lideri V.Zelenski ABŞ-a səfər edəcək".

Bildirilir ki, qısa görüş çərçivəsində D.Tramp və V.Zelenski bir neçə vacib məsələni müzakirə edəcəklər.

Səfir U.Teylorun sözlərinə görə, bu görüş iki dövlət arasındakı əlaqələri gücləndirəcək: "Ölkə liderləri görüşüb danışacaqlar. ABŞ-ın Ukraynaya verdiyi dəstək yüksək qiymətləndiriləcək və bu dəstək ümide dirik ki, davamlı olacaq".

Qeyd edək ki, 9 avqust tarixində D.Tramp V.Zelenskini Ağ Ev-ə dəvət edəcəyini açıqlamışdı.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31