Serj Sarkisyanın qardaşı istintaqda dindirilib
Serj Sarkisyanın qardaşı istintaqda dindirilib
15 Avqust 2019 13:36 DünyaErmənistanın eks-prezidenti Serj Sarkisyanın böyük qardaşı Aleksandr (Saşik) Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.
Aleksandr Sarkisyanın dələduzluq ittihamı üzrə barəsində başlanılmış cinayət işi çərçivəsində ifadəsi alınıb. Ermənistan MTX-dən "Azadlıq" Radiosunun İrəvan bürosuna verilən açıqlamada bir neçə ay əvvəl Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə başladılmış istintaqın davam etdirildiyi bildirilib.
Saşik Sarkisyan bu dəfə külli miqdarda vergi, rüsum və digər məcburi ödənişlərdən yayınmaq, silah tətbiq etməklə həyat üçün təhlükəli olan üsulla, tamah məqsədilə insan oğurluğu epizodları ilə bağlı dindirilib. Lakin bu iki maddə üzrə ona qarşı ittiham irəli sürülməyib.
Xatırladaq ki, 2018-ci ilin yayında A.Sarkisyanın evində aparılan axtarış zamanı Martiros Saryanın rəsmlərini dələduzluq yolu ilə mənimsədiyi aşkar edilib və buna görə ona qarşı cinayət işi açılıb. Aleksandr Sarkisyanın yaşadığı yeri tərk etməmək barədə qətimkan tədbiri seçilib.
cebhe.info