Əməliyyat zamanı QƏRİBƏ SƏHV! Həqiqət 8 gün sonra ortaya çıxdı
Əməliyyatda zamanı QƏRİBƏ SƏHV! Həqiqət 8 gün sonra ortaya çıxdı
15 Avqust 2019 12:57 Dünyaİngilətərədə maraqlı hadisə baş verib.
Olaylar.az xəbər verir ki, əməliyyat olunduqdan sonra qan tüpürməyə başlayan xəstənin boğazında protez dişlərinin qaldığı 8 gündən sonra məlum olub. Belə ki, adı açıqlanmayan xəstə qarın divarındakı xoşxassəli şişin götürülməsi üçün əməliyyat olunub. Lakin o, əməliyyatdan 6 gün sonra qatı heç bir şey yeyə bilmədiyindən şikayət edib.
Həkimlər əməliyyat zamanı boğazına qoyulan boru səbəbi ilə tənəffüs yollarında infeksiya olduğunu düşünərək xəstəyə antibiotik və steroid verib. Xəstə iki gün sonra eyni şikayətlə yenidən gəlib və müayinə zamanı səs tellərinin üzərində yarım dairəvi cisim olduğu görülüb. Həmin an xəstə əməliyyat əsnasında üzərində 3 diş olan protez dişini itirdiyini bildirib. Protez dişlərin çıxarılması üçün yenidən əməliyyat edilən xəstə, əməliyyatdan sonra qanama səbəbi ilə 4 dəfə xəstəxanaya müraciət edib.
Hesabat yazarları isə narkoz altında olarkən protez dişlərini udan xəstələrlə daha öncə də qarşılaşdıqlarını və protezlərin əməliyyatdan öncə və sonra qeydiyyata alınması lazım olduğu qeyd edib.
Primetime.az

