İran kürd antropoloqu həbs etdi
İran kürd antropoloqu həbs etdi
15 Avqust 2019 12:51 Dünyaİran hüquq mühafizə orqanları məşhur antropoloq Kamil Əhmədini naməlum ittihamlarla saxlayıblar.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Teleqraf" qəzeti Əhmədinin həyat yoldaşı Şəfəq Rəhmaniyə istinadən yayıb. O, Əhmədiyə 1 aylıq həbs verildiyini bildirib.
Qəzet kürd əsilli antropoloqun Tehrandakı evində bazar günü həbs edildiyini vurğulayıb.
Qeyd edək ki, Əhmədi ikili vətəndaşlığa sahibdir. O, İranla bərabər, həm də Britaniya vətəndaşıdır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31