Ərdoğandan müğənniyə sürpriz zəng - "Üç gün yuxuma gəldi..."
Ərdoğandan müğənniyə sürpriz zəng - "Üç gün yuxuma gəldi..."
15 Avqust 2019 11:33 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müğənni Demət Akalına telefon zəngi maraqla qarşılanıb.
Olaylar.az xəbər verir ki, ölkə başçısı ötən gün açılışını etdiyi İstanbul-İzmir avtomobil yolu ilə bağlı sosial mediadakı paylaşımına görə sənətçiyə təşəkkür edib.
Demet Akalın keçid haqqı 256 lirə olan İstanbul-İzmir şosesindən keçərək foto paylaşıb. Müğənni "2 saata dünya qədər yol gəldik, Bahalıdır deyirlər, amma İtaliyada magistral yollarda hər addımbaşı puldur" qeydini yazıb.
Gündəmlə əlaqədar tez-tez paylaşım edən Akalın prezidentdən gələn zəng barədə də sosial mediada məlumat yayıb: "3 gün ard-arda yuxumda prezidentimizi gördüm. Zəng edəndə şoka düşdüm. Allah ona uzun ömür versin".


teleqraf.com