Təyyarə təcili ENİŞ ETDİ - Mühərrikə quş giribmiş

Təyyarə təcili ENİŞ ETDİ - Mühərrikə quş giribmiş

Rusiyada "Airbus-321" təyyarəsi təcili eniş edib.

Olaylar.az  xəbər verir ki, "Jukovskiy" hava limanından qalxan təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Məlumata görə, hadisə nəticəsində 23 nəfər yaralanıb. Yaralılardan 9-u uşaqdır.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31