Yaponiyada 400-ə yaxın reys təxirə salındı

Yaponiyada 400-ə yaxın reys təxirə salındı

Yaponiyada "Krosa" qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb.

Bu gün Küsü adasından hərəkət etməli olan 170 aviareys, sabaha nəzərdə tutulan 228 aviareys təxirə salınıb.

Hazırda qasırğa Taneqasima adasından 190 kilometr şərqdə hərəkət edir. "Krosa"nın avqustun 15-ə keçən gecə Küsü adasına yaxınlaşacağı gözlənilir.

Qasırğa güclü leysanlarla müşayiət olunacaq.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31