Tvitterdə yazdığı aylar sonra müzakirəyə çıxarıldı

Tvitterdə yazdığı aylar sonra müzakirəyə çıxarıldı

Dünyaca məşhur aktrisa, Bollivud ulduzu Priyanka Chopranın sosial şəbəkədə qalmaqallı paylaşımı tənqid olunub. 

O, Hindistan və Pakistan arasında yaşanan gərginliklə bağlı tvitterdə "Zəfər Hindistan" sözlərindən istifadə edib. Aktrisa-model daha sonra Hindistan Silahlı Qüvvələrinə dəstək olaraq (#IndianArmedForces) etiketini qeyd edib. 

Aylar sonra onun bu addımı "BeautyCon" festivalında tənqid olunub. Tədbirdə mikrofonu götürən Ayeşa Malik adlı şəxs "UNİCEF"in xoşməramlı səfiri olan Priyankanı "Pakistana qarşı nüvə müharibəsini dəstəkləyən" biri və ikiüzlü məşhur adlandırıb. 

"Siz insanlıq haqqında danışdız. Amma bu müzakirəni dinləmək mənə çətin oldu. Qonşunuz və bir pakistanlı olaraq ikiüzlü olduğunuzu bilirəm. Xoşməramlı səfir kimi nüvə silahını dəstəkləyirsiz. Bu savaşların bir qalibi olmur",- deyə Ayeşa bildirib. 

Chopra isə savaş düşkünü yox, vətənpərvər olduğunu söyləyib. 

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31