Kleopatranın 2 min illik ətri yenidən hazırlanır
Kleopatranın 2 min illik ətri yenidən hazırlanır
14 Avqust 2019 16:25 DünyaGözəl qoxulara düşkünlüyü ilə tanınan Misir kraliçası Kleopatranın parfümü yenidən istehsal olunacaq.
Olaylar.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı Misirdə parfüm dükanı kəşf edilib. Dükanda latın əlifbası ilə hazırlanmış parfüm formulları tapılıb. O formullar arasında Qədim Misir kraliçası Kleopatranın parfümünün də olduğu ehtimal olunur.
ABŞ-lı iki professor mür (Kommifora mukul) ağacının yağından hazırlanan aromatın, kakule, zeytun yağı və darçının istifadə olunduğu parfümü 2 min illik reseptinə uyğun şəkildə yenidən hazırlayacaq.
Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31