Arvadının xəyanətinə uğrayan kişi 5 uşağını vəhşiliklə öldürdü

Arvadının xəyanətinə uğrayan kişi 5 uşağını vəhşiliklə öldürdü

Arvadının ona 19 yaşlı qonşusu ilə xəyanət etdiyini öyrənən ər intiqam almaq üçün 5 uşağını  vəhşiliklə öldürüb.

Olaylar.az  xəbər verir ki, hadisə ABŞ-ın Cənubi Karolina ştatında baş verib.

Timati Cons adlı 37 yaşlı şəxs arvadının onu aldatdığını öyrəndikdən sonra 5 uşağını (1,2, 6,7 və 8 yaşlarında) bir-bir boğaraq qətlə yetirib. Timatinin qətli törtəmədən öncə xüsusi plan qurduğu üzə çıxıb. O, uşaqları mişar ilə doğramağı, yerdə qalmış əti isə əritməyi düşünübmüş. Cani atanın alternativ planı isə cəsədləri yandırmaq olub. O, bu barədə bütün detalları bir vərəqə qeyd edib. 

Timatinin əqli cəhətdən heç bir problemi olmadığı müəyyən edilib. Məhkəmə prosesi davam edir. 

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31