Çin Mərkəzi Bankı “Facebook”a görə öz kriptovalyutasını buraxacaq

Çin Mərkəzi Bankı “Facebook”a görə öz kriptovalyutasını buraxacaq

Çin Mərkəzi Bankının tənzimləyici kriptovalyutasını buraxmağa hazırdır.

Olaylar.az "Reuters"ə istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Bankının rəhbər müavini qeyd edib.

Bloomberg-in verdiyi məlumata görə, Çin Mərkəzi Bankının öz kriptovalyutasını buraxmaq qərarına gəlməsi, "Facebook" un Libra kriptovalyutasının çıxması ilə əlaqədar olub.

Çin tənzimləyicisi qeyd edir ki, potensial risklərdən qurtulmaq üçün Libra maliyyə qurumlarının nəzarəti altında olmalıdır. Çinin xarici valyutalar administrasiyasının nümayəndəsi bildirir ki, Libra Çin tərəfindən xarici valyuta kimi nəzərdən keçirilməli və müvafiq qaydada tənzim edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31