Nyu-Yorkda “Trump Tower”in yanındakı küçəyə Obamanın adının verilməsi üçün imza toplanılır

Nyu-Yorkda “Trump Tower”in yanındakı küçəyə Obamanın adının verilməsi üçün imza toplanılır

ABŞ-da Nyu-York şəhərinin mərkəzindəki küçəyə sabiq prezident Barak Obamanın adının verilməsi ilə bağlı şəhər administrasiyasına göndəriləcək petisiyanı artıq 64 min nəfər imzalayıb.

Olaylar.az  xəbər verir ki, söhbət Beşinci Avenyuda "Trump Tower"in yanındakı 56-cı və 57-ci küçələrin arasında yerləşən sahədən gedir. Nyu-Yorkun meri Bill de Blazioya ünvanlanmış müraciətdə deyilir ki, Birləşmiş Ştatların sabiq Prezidenti bu şərəfə layiqdir. Belə ki, o, ölkəni böyük iqtisadi tənəzzüldən xilas edib, iki müddət prezidentliyi dövründə adı heç bir qalmaqala qarışmayıb, onun iqtidarı zamanında 3 min nyu-yorklunun ölümünə səbəb olan 2001-ci il 11 sentyabr hadisələrini törədən Üsəma ben Laden öldürülüb. Petisiyanın təşkilatçıları 75 min səs toplamaq niyyətindədirlər.

Məlum olduğu kimi, prezident Donald Tramp sabiq dövlət başçısının sərt tənqidçisidir. Bu səbəbdən "Trump Tower"in yanındakı küçəyə Obamanın adının verilməsi onun xoşuna gəlməyəcək.

AZƏRTAC.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31