Zelenskinin Kliçko ilə bağlı istəyi baş tutmadı
Zelenskinin Kliçko ilə bağlı istəyi baş tutmadı
14 Avqust 2019 13:20 DünyaUkraynanın Nazirlər Kabineti Kiyev meri Vitali Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyası rəhbəri vəzifəsindən azad edilməməsi barədə qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə baş nazir Vladimir Qroysmanın mətbuat katibi Vasili Ryabçuk öz "Facebook" səhifəsində məlumat verib.
"Vitali Kliçkonun işdən çıxarılması məsələsi hökumət üzvləri ilə müzakirə edildi. Hökumət hazırda belə bir şeyin olmacağını qərara alıb", - deyə, V.Ryabçuk qeyd edib.
Xatırladaq ki, Ukrayna prezidenti V.Zelenski Kiyev meri V.Kliçkonu ikinci vəzifəsindən - Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırmaq istəyir və artıq hökumətdən müvafiq təqdimat verməsini istəyib. Ukrayna qanunlarına görə, şəhər merləri sakinlər tərəfindən səsvermə yolu ilə seçilir. Kiyev şəhər administrasiyasının başçısı hökumətin təklifi ilə prezident tərəfindən təyin edilir və vəzifədən azad edilir.
Yeniavaz.com