SON DƏQİQƏ! Şəhərin mərkəzində otel yanır
14 Avqust 2019 13:15 Dünyaİstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.
Yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31