İvanişvilinin adamı Rustavi-2-ni satışa çıxarır
İvanişvilinin adamı Rustavi-2-ni satışa çıxarır
14 Avqust 2019 12:11 DünyaRustavi 2-nin yeni rəhbəri Kibar Xalvaşi televiziyanın 24 milyon dollar borcu olması ucbatından satmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, Xalvaşi bunu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Rustavi-2 bankrot olmaq ərəfəsindədir:
"Təəssüf ki, mənim maliyyə imkanlarım televiziyanı düşdüyü dərin maliyyə böhranından çıxarmaq üçün yetərli deyil. Ona görə də mən televiziyanın satılması haqqında qərar qəbul etmişəm", - deyə o bildirib.
Xalvaşi televiziyanı Saakaşvilidən başqa hər kəsə satmaq niyyətində olduğunu deyib. O, hazırda kanalın 70 milyon lari (24 milyon dollar) borcu olduğunu və bunun 27 milyon larisinin dövlətə çatacağını bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31