Rusiyalı diplomat "arzuolunmaz şəxs" elan edildi
Rusiyalı diplomat "arzuolunmaz şəxs" elan edildi
14 Avqust 2019 12:07 DünyaUkraynada adı açıqlanmayan rusiyalı diplomat "arzuolunmaz şəxs" elan edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildən bəri Rusiyanın Lvov konsulluğunda çalışan sözügedən diplomat yerli sakinlərdən birindən kəşfiyyat üçün məlumatlar toplayırmış.
Diplomatın Ukraynanı tərk etdiyi, həmin sakinin isə məsuliyyətə cəlb edildiyi deyilib.
Ukrayna vətəndaşının günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31