Ukraynalı rus diplomatı Lvovdan qovdu – Kremldən cavab
Ukraynalı rus diplomatı Lvovdan qovdu – Kremldən cavab
14 Avqust 2019 11:35 DünyaUkraynanın Lvovdakı Rusiya konsulluğunun diplomatını "arzuolunmaz şəxs" elan etməsinə rəsmi Kreml sərt reaksiya verib.
Olaylar.az xəbər verir ki, Rusiya cavab olaraq Ukraynanın Sankt-Peterburqdakı konsulluğunun əməkdaşını "arzuolunmaz şəxs" elan edib.
Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburq konsulluğunda işləyən diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Rusiya XİN Ukraynanın addımını provokasiya adlandırıb.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti 2014-cü ildən bəri Rusiyanın Lvov konsulluğunda çalışan diplomatın yerli sakinlərdən birindən kəşfiyyat üçün məlumatlar topladığını bəyan edib.
Diplomatın Ukraynanı tərk etdiyi, həmin sakinin isə məsuliyyətə cəlb edildiyi deyilir. Ukrayna vətəndaşının günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.
teleqraf.com