Rusiyada silah-sursat anbarında növbəti partlayış: 9 nəfər...
10 Avqust 2019 05:09 DünyaRusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib.
Publika.az xəbər verir ki, Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.
Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31