Medvedev Qırğızıstana dəstək verəcəyini vəd etdi
Medvedev Qırğızıstana dəstək verəcəyini vəd etdi
9 Avqust 2019 18:35 DünyaRusiyanın Baş naziri Dmitri Medvedev Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevlə bağlı vəziyyətə görə Qırğızıstana dəstək verəcəyini deyib.
Olaylar.az xəbər verir ki, D.Medvedev Qırğızıstana gələrək dövlət başçısı Sooronbay Jeenbekovla görüşüb. Səfər A. Atambayevin tutulması ilə bağlı olub.
"Həqiqətən çox yaxşı inkişaf etmiş əlaqələrimiz var. Müxtəlif mövzularda məsləhətləşirik. Mümkün olduğu qədər dostumuz və tərəfdaşımız olan Qırğızıstan Respublikasına kömək və dəstək verməyə hazırıq. Buna əmin ola bilərsiniz" - deyə, D.Medvedev bildirib.
Bununla yanaşı D.Medvedev bildirib ki, Moskva baş verənlərə laqeyd qala bilməz: "Çünki Qırğızıstan Rusiyanın əsas tərəfdaşı və Avrasiya İttifaqının üzvüdür".
Yeniavaz.com