Məşhur müğənni 32 nəfəri məhkəməyə verir

Məşhur müğənni 32 nəfəri məhkəməyə verir

Türkiyədə ingiliscə təhsilə son verilməli olduğunu söyləyən rok musiqiçisi Kıraç sosial şəbəkədə 32 nəfərin hücumuna məruz qalıb.

Olaylar.az  xəbər verir ki, musiqiçi müsahibələrinin birində deyib:

"Türkiyədə ingiliscə təhsilə son verilməlidir. Mən vətənpərvər insanam. Türkiyədə ingilis dilində təhsilə son verilməlidir. Uşaqlarım bundan əziyyət çəkir".

Bundan sonra sosial şəbəkədəki paylaşımlarında təhqirlərə məruz qalan musiqiçi ona həqarət edən 32 nəfəri məhkəməyə verir.

Musiqiçinin vəkili Beykoz Prokurorluğuna bu barədə müraciət edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31