Rəqqasə Nərmin bu ölkənin prezidenti olmaq istəyir

Rəqqasə Nərmin bu ölkənin prezidenti olmaq istəyir

Tunis vətəndaşı, 21 yaşlı rəqqasə Nərmin Sfar 35 min seçici imzası toplayıb və sentyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Olaylar.az  xəbər verir ki, Sfar MSK-nın tələb etdiyi 10 min imzadan 3 dəfə çox imza toplayıb.

Rəqqasə özünün seçkiqabağı kampaniyasının əsas bəndlərini də paylaşıb. Nərmin seçicilərinə prezident olacağı təqdirdə ilk növbədə çörəyin qiymətini endirəcəyini bildirib. O həmçinin qızların hicabsız gəzməsinə izn verəcəyini, bunun əvəzində ənənəvi Tunis geyimlərini icbari hala gətirəcəyini vurğulayıb. Rəqqasə evlənməyə hazırlaşıb, sonradan vədini tutmayan kişiləri cərimə edəcəyini də bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31