Mağarada iki qaya parçası arasında ilişdi, möcüzəvi şəkildə sağ qaldı

Mağarada iki qaya parçası arasında ilişdi, möcüzəvi şəkildə sağ qaldı

Mağarada iki qaya arasında sıxışıb qalan şəxs 4 gün xilas edilib.

Kambocada 28 yaşlı şəxs mağaraya yarasa ifrazatı toplamağa gedib. Lakin ailəsi ondan uzun müddət xəbər ala bilməyib.

Sum Bora adlı gənc 4 gün axtarışlardan sonra mağarada köməksiz vəziyyətdə tapılıb. Belə ki, o mağaranın girişində iki qaya parçası arasında ilişmiş halda qalıb.

Onu 200 nəfər xilas edici dəstə , 10 saat müddətində xilas edə bilib. Sum bildirib ki, xilas edilməsi möcüzədir. Onu kiminsə tapacağına dair ümidi üzülüb, çarəsiz halda ölümünü gözləyib.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31