Çindən ABŞ-a məsləhət: Daxili işimizə burnunuzu soxmayın

Çindən ABŞ-a məsləhət: Daxili işimizə burnunuzu soxmayın

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin ABŞ-ı Honkonqdakı vəziyyətə və Çinin daxili işlərinə müdaxilə etməyi dayandırmağa çağırıb.

Olaylar.az xəbər verir ki, Xuan Çunin deyib:

"Dövlət Departamentinin rəsmi nümayəndəsi KİV-dəki məlumatları müzakirə etməmişdən əvvəl öz ifadələrini və hərəkətlərini yenidən nəzərdən keçirməlidir. Bu media məlumatlarını bəhanə edib bundan digər ölkələrin hökumətlərinə hücum üçün istifadə etməməlidir. ABŞ-ın Çinin daxili işlərinə müdaxilə faktlarını ört-basdır etməyə çalışmamalıdır".

Qeyd edək ki, bir müddətdir Honkonqda etiraz aksiyaları keçirilir. Amerikalı diplomatlar bu günlərdə etirazçılarla görüşüblər.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31