Sibir meşələrindəki yanğın sürətlə yayılır

Sibir meşələrindəki yanğın sürətlə yayılır

Rusiyanın Krasnoyarsk əyalətində sutka ərzində meşə yanğınlarının sahəsi 916 min hektardan 963 min hektara yüksəlib.

Olaylar.az  xəbər verir ki, bu barədə RİA yazıb.

Məlumata görə, hazırda Krasnoyarsk ərazisində 118 meşə yanğını qeydə alınıb. Onların ümumi sahəsi 963 min 183 hektara bərabər olub. Sahəsi 940 min 93 hektar olan 79 yanğın ərazisi nəzarətə alınıb.

Yanğınların söndürülməsində 68 texnika və şəxsi heyətin 789 üzvü iştirak edir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31